Mülki itkilərlə bağlı son rəqəmlər: 90 ölüm


13:35     29 Oktyabr 2020 2020/10/28azerbaijan-superJumbo_1603964064.jpg


Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.


Qurumun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 406-dır.



Femida.az

Açar sözlər:

Oxunub: 645