30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verildi
13:59 29 Oktyabr 2020
Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu prosesdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq humanitar hüquqa sadiqliyini göstərir", - H.Hacıyev əlavə edib.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- 30 min şəxsə əks göstəriş sertifikatı verilib
- 309 nəfəri “Yüksəliş” müsabiqəsinin yarımfinalına keçdi
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
- 30 ildən sonra Şuşada ilk konsert proqramı
- Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib
- 302 avtomobil postlardan geri qaytarılıb
- 30 cinayətin üstü “isti izlər”lə açıldı
- 300 uşaq onlayn müsahibəyə cəlb olunacaq