BQXK: Humanitar təşkilatlar hədəf olmamalıdır


14:52     29 Oktyabr 2020 20_10_29_1603968812.jpg


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa nümayəndəliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlı bəyanat verib.


Femida.az-ın məlumatına görə, qurum bəyanatda hadisə ilə bağlı dərindən təəssüfləndiyini bildirib:

"Könüllülərimizdən birinin Bərdədə dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasından çox sarsılmışıq. 39 yaşlı şəxs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcili yardım səyyar briqadasında yer alırdı. Humanitar təşkilatlar hədəf olmamalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 681