“ASAN xidmət”in nümayəndəsi UCLG üzvlərinə Azərbaycan həqiqətlərini çatdırdı
16:11 29 Oktyabr 2020
Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) təşəbbüsü ilə “COVID-19 və ondan sonrakı dövrdə Yerli və Regional Hökumətlərin və Vətəndaşların Afrikada Ehtiyacımız olan Şəhər üçün Öhdəliklərini Təşviq Etmək” mövzusunda onlayn tədbir keçirilib. Tədbir Dünya Şəhərlər Gününün qeyd edilməsi münasibətilə reallaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, tədbirin “Yerli İdarəetmə və Vətəndaş İştirakı: COVID-19 pandemiyasından öyrəndiklərimiz” sessiyasında agentliyin Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Məhəmmədəli Xudaverdiyev təqdimatla çıxış edib. O, Azərbaycanda şəhərlərin inkişafı, xidmət sahəsində vətəndaş iştirakı, pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Hökuməti tərəfindən ölkəmizdə görülmüş işlər barədə ətraflı məlumat verib. “ASAN xidmət” mərkəzləri vasitəsilə karantin rejimində belə dövlət xidmətlərinin maneəsiz əldə edilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verilib. Ermənistan işğalının və hücumlarının dövlət xidmətlərinin göstərilməsi kontekstində yaratdığı problemlərdən, eyni zamanda, mülki əhaliyə və şəhər infrastrukturuna dəymiş genişmiqyaslı zərər barədə bəhs olunub.
Xatırladaq ki, 2018-ci il iyunun 23-də Mərakeş Krallığında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı (UCLG Afrika) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarının dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.
Təqdimat çoxsaylı suallar, şərhlər, sual-cavablarla müşayiət olunub.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb
- Prezident 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib
- Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- “ASAN ödəniş” sistemi haqqında Əsasnamə dəyişdi
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- Naxçıvanda “ASAN xidmət”ə direktor təyin edildi
- Türkdilli Dövlətlərin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
- İraq Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də