Azərbaycanda “McDonald’s”dan imtina ilə bağlı kampaniya başlayıb


19:52     29 Oktyabr 2020 2020/10/90d158dd-ac84-3a64-b199-011e1401e635_850_1603986818.jpg


Azərbaycanda fast-fud (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s” şirkəti öz sosial şəbəkə hesablarında Vətən müharibəsində ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterlər paylaşmışdı. Lakin bir müddət sonra ermənilərin təzyiqinə görə həmin postların hamısı silinib. Şirkət əvvəlki postları silməklə “yemək və xoş anlar”dan bəhs edən post paylaşıb, öncəki etdiklərinə görə auditoriyadan üzr istəyib.

Bu məsələ Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanıb.

Sosial şəbəkələrdə hər kəsin “McDonald’s” şirkətinin məhsullarından imtina edilməsi ilə bağlı çağırış yer alıb. Buna səbəb kimi isə “McDonald’s”ın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi göstərilib.

Hətta Bakının mərkəzində yerləşən bir “McDonald’s” restoranının qabağında oraya daxil olmaq istəyən şəxslərə məlumat verən könüllülər, onları bu addımdan çəkinməyə, şirkətin təqdim etdiyi fast-fuddan imtina kampaniyasına qoşulmağa çağırıblar. Nəticədə “McDonald’s”ın müştərilərinin sayı kəskin şəkildə azalıb.

Açar sözlər: #McDonald’s  

Oxunub: 680


Oxşar xəbərlər