Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olunub


20:19     29 Oktyabr 2020 2020/10/1603987225276_EhWU7aE1_1603988452.jpeg

29 Oktyabr – Respublika Günü münasibətilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyənin dövlət bayrağı bu gün Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunub.

“Təşəkkürlər, Azərbaycan!”, - deyə bildirilib.

Açar sözlər:

Oxunub: 482