Arutyunyan özü açıqladı - Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir


21:18     29 Oktyabr 2020 20_10_29_1603992213.jpg


Azərbaycan Ordusu Şuşanın bir neçə kilometrliyinə qədər irəliləyib.

Femida.az xəbər verir ki, Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan bunu şəxsən etiraf edib.

Separatçıbaşı Şuşadan etdiyi videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb:

"Düşmən buradan cəmi bir neçə kilometr məsafədədir, maksimum 5 km məsafədə. Düşmənin əsas məqsədi Şuşanı ələ keçirməkdir. Necə deyərlər, Şuşanı idarə edən Qarabağı idarə edir".

Qeyd edək ki, ordumuz bu günədək Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli şəhərlərini işğaldan azad edib.

Amin Nəzərli

Femida.az


Açar sözlər: #Arutyunyan   #Şuşa   #Qarabağ   #ordu  

Oxunub: 1636