Ədliyyə Nazirliyinin saytında “Qarabağ Azərbaycandır!” platforması yaradılıb
22:00 29 Oktyabr 2020
Ədliyyə Nazirliyinin rəsmi internet saytında 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb.
Femida.az-a nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Platformanın yaradılmasında məqsəd Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır.
Daim yenilənən platformada ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, işğaldan azad edilən ərazilərimiz barədə xəbərlər, bayrağımızın ucaldılması mərasimləri, Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya, münaqişəyə dair tarixi sənədlər: Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri və digər materiallar yerləşdirilib.
Platformanın digər saytlara inteqrasiyası təmin olunub.
Femida.az
Oxunub: 2275
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb