“Human Rights Watch” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi


09:51     30 Oktyabr 2020 2020/10/hrm-1604036526_1604037111.jpg


"Human Rights Watch" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib.

Femida.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Məlumatda deyilir: “Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılmasını təmin edib. Hücum nəticəsində 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını təhlil edib".

Xatırladaq ki, ötən gün "Amnesty İnternational" təşkilatı da Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı kasetli raketlərdən istifadə etdiyini təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 664


Oxşar xəbərlər