Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
14:10 30 Oktyabr 2020
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Vasif Ənvərlinin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, özünəməxsus bərbərxanaya gəlib orada müştəri qəbul etməsi və beləliklə həmin müştərilərin sağlamlığını təhlükəyə atması aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə V. Ənvərli yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bundan başqa Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Sadiq Abdullayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsini müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 591
Oxşar xəbərlər
- Evdən kabel oğurlayanlar ələ keçdi - FOTO
- Evdən antik samovar oğurlayan şəxs tutuldu
- Evdən 35 minlik oğurluq edən qadın tutuldu
- Evdən 4 minlik oğurluq edildi
- Evdən gedib qayıtmayan kişi axtarılır - FOTO
- Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
- Evdən qaçan koronavirus xəstəsinə cinayət işi açılıb - Sumqayıtda
- Evdən çıxmaq istəyənlər belə icazə alacaq
- Evdən 14 min manatlıq oğurluq edildi
- Evdən külli miqdarda oğurluq edildi