Hikmət Hacıyev: "Hərbi tribunalların yaradılmasına ehtiyac var"
14:41 30 Oktyabr 2020
“Həmişə bunu hüquqşünaslar da qeyd edirlər ki, Holokost o zaman Holokost oldu ki, Nürnberq məhkəməsində öz hüquqi qiymətini aldı”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu gün də Ermənistaınn Azərbaycana qarşı həyata keçirdiyi bu kimi cinayət əməlləri Avropa İnsan Hüquqları Məhkəməsində bir epizodda, yəni “Çıraqov Ermənistana qarşı” işi üzrə aparılan iş çərçivəsində öz ilk hüquqi qiymətini almışdı. Amma bütün bu əməllərin kompleks şəkildə qiymətləndirilməsi üçün beynəlxalq məhkəmə mexanizmlərinin və hərbi tribunalların yaradılmasına ehtiyac var ki, Ermənistanın siyasi-hərbi rəhbərliyində bu gün təmsil olunan şəxslər, həmçinin əvvəlki dövrlərdə də Azərbaycan xalqına qarşı cinayət əməllərini və insanlıq əleyhinə qarşı cinayət əməllərini törətmiş insanlar qanun qarşısında, yəni beynəlxalq ədalət mühakiməsi qarşısında cavablarını vermiş olsunlar. Bu, heç bir halda qisas deyil, bu, ədalətin təntənəsidir”, - o qeyd edib.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"