XİN: “Beynəlxalq birliyi bu vəhşiliyi qınamağa çağırırıq”


16:02     30 Oktyabr 2020 XİN.jpg

Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatı Bərdə şəhərinin mərkəzinə oktyabrın 28-də edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahların istifadəni təsdiqləyib.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, mülki yaşayış yerlərini hədəfə almaq açıq şəkildə beynəlxalq hüququ heçə saymaqdır: "Biz beynəlxalq birliyi bu vəhşiliyi və vandalizm əməlini qınamağa çağırırıq".

Açar sözlər:

Oxunub: 453