Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub


17:05     30 Oktyabr 2020 2020/10/B1B499DC-EBAA-41BC-885E-66811CDDBEC8_1604063166.jpeg

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə həlak olub.

Femida.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 411