Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb


09:54     31 Oktyabr 2020 2020/10/1604120199610_ML6rQjqI_1604123705.jpeg

Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 409