Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb


10:03     31 Oktyabr 2020 2020/10/2ec482dc-d850-3bda-b0df-08f3683bb245_850_1604124258.jpg

Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.

Femida.az xəbər verir ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet saytı fəaliyyətə başlayır.

Belə ki, istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.

Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq olmaq mümkündür.

Əlavə olaraq,Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.


Açar sözlər:

Oxunub: 298