Bakı sakininə 8 bıçaq zərbəsi vurulub


10:17     31 Oktyabr 2020 2020/10/1604113921277_GfG8MNNS_1604125071.jpeg

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Oqtay Şabanov küçəsində 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhmən oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hələlik naməlum şəxs K.Qasımova bıçaq bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxananın növbətçi cərrahının verdiyi məlumata görə, K.Qasımovun bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

Açar sözlər:

Oxunub: 425