Düşmən Tərtərə 30-a yaxın top mərmisi atıb


10:54     31 Oktyabr 2020 2020/10/5a8fc8f0-fef5-33db-b3f0-b0891d9e4247_850_1604126612.jpg

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini atəşə tutub.



Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.


Açar sözlər:

Oxunub: 494