Ceyhun Bayramov BQXK-nın baş direktoru ilə görüşüb
11:07 31 Oktyabr 2020
Cenevrəyə işçi səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) Femida.az -a verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
C.Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.
Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.
Oxunub: 731
Oxşar xəbərlər
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Ceyhun Bayramov Ankaraya yola düşüb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”
- Ceyhun Bayramov İrana gedib
- Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib
- Ceyhun Bayramov: "Ermənistan cəzasız qalmamalıdır"
- Ceyhun Bayramov Almaniyaya yola düşüb