“Bizim kifayət qədər silah-sursatımız var” - Prezident


13:40     31 Oktyabr 2020 2020/10/95a2b-1604133843_1604137285.jpg

Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanın BMT-nin kasetli silahları haqqında konvensiyasını niyə imzalamadığın dair suala cavabında bildirib.

Dövlətimizin başçısı deyib: “Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.


Femida.az

Açar sözlər:

Oxunub: 449