Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI
16:44 31 Oktyabr 2020
Ermənistan dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadıqları əraziləri hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.
Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, sentyabrın 27-indən oktyabrın 30-dək Azərbaycanın 182-dən artıq yaşayış məntəqəsi düşmən hədəfinə çevrilib: "Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirilib. Ən çox raket zərbələri Goranboy, Gəncə Füzuli və Bərdə şəhərlərinə, ən çox mərmi zərbələri isə Tərtər və Ağdam rayonlarına atılıb. Hadisə nəticəsində Bərdə rayonunda 27, Gəncədə 26, Tərtərdə isə 17 mülki şəxs həlak olub. Bu günə qədər 91 nəfər həlak olub, 396 nəfər yaralanıb. 2242 yaşayış evi, 92çoxmənzilli yaşayış məntəqəsi və 423 mülki obyektə ziyan dəyib. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə ziyan dəyib ki onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı, 1-i isə istilik təchizatı obyekti olub".
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək
- Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?
- Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir
- Ermənistanın yeni prezidenti seçilib
- Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
- Ermənistanın dövlət borcu artıb
- Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir
- Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib
- Ermənistanın Baş qərargah rəisi həbs ediləcək - KİV
- Ermənistanın təxribatları ilə bağlı cinayət işi açılıb