Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir
17:48 31 Oktyabr 2020
"Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.
Bu əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk", - A.Eyvazov əlavə edib.
"Hər gün apardığımız əməliyyatları şəffaf şəkildə əlimizdə olan görüntülərlə həm öz ictimaiyyətimizi, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırırıq", - MN sözçüsü bildirib.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmənin növbəti hərbi kolonu məhv edildi
- Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
- Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib - VİDEO
- Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
- Düşmənin 41-ci artilleriya alayının batareyası DARMADAĞIN EDİLDİ
- Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb - VİDEO