Qubada ata qızını öldürüb
10:13 01 Noyabr 2020
Oktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 501
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb