Qarabağa qanunsuz gedən müğənni həbs edildi


19:36     15 Dekabr 2015 montserratcaballe_0.jpg

Məşhur opera müğənnisi Monserat Kabalye fırıldaqçılığa görə 6 aylıq həbs olunub.


Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Məlumata əsasən Barselona şəhər məhkəməsinin qərarına görə, 82 yaşlı Kabalye 255 min avro da cərimələnib. Onun öz günahını etiraf etdiyi bildirilir. Bu arada müğənninin özü səhhətindəki problemlərlə bağlı məhkəmə zalında olmayıb. O, məhkəməyə video konfrans vasitəsilə evdən qatılıb.

2014-cü ilin aprel ayında Barselona Prokurorluğu Kabalyeni 500 min avro miqdarında vergidən yayınmaqda ittiham edib.

Qeyd edək ki, Monserrat Kabalye dəfələrlə ölkəmizin qanunlarını pozaraq ölkəmizin işğal altında olan torpaqlarına qanunsuz səfər edib. Bununla bağlı onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin `qara siyahı`sına salınıb.

Açar sözlər:

Oxunub: 1289