MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


10:05     02 Noyabr 2020 2020/11/ce19fd47-718c-3ca5-8717-df73ffbf9806_850_1604297226.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Bu barədə Femida.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Açar sözlər:

Oxunub: 557