Gürcüstanda bu azərbaycanlılar deputat seçildi


13:13     02 Noyabr 2020 20_11_02_1604308443.jpg


Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib.

Onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçilib.

Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.

Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.

Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 578