ARDNF 9 ayda valyuta satışını 19,4 % artırıb


13:25     02 Noyabr 2020 20_11_02_1604309210.jpg


Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 170,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.


Femida.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

Təkcə oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 560,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 14,4% azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 560