Ağdamda məktəb binasına mərmi düşüb


20:27     02 Noyabr 2020 2020/11/16043-1604331431_1604335076.jpg

Noyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Mahrızlı kəndi atəşə tutulub.

Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, nəticədə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan dəyib, tədris binasının bir korpusu tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Mahrızlı kənd tam orta məktəbində 292 şagird təhsil alır, 35 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 50 məktəbə ziyan dəyib.

Açar sözlər:

Oxunub: 556