Azərbaycan səfirliyi gürcü diplomatları təbrik edib


14:40     03 Noyabr 2020 2020/11/753a705e-3add-3030-a5f2-2b364e80e444_850_1604400070.jpg

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyi və diplomatlarını Gürcüstan diplomatiyası günü münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, təbrikdə Azərbaycan və Gürcüstanın beynəlxalq arenada birgə səyləri yüksək qiymətləndirilib.

“Birgə səylərimiz Cənubi Qafqaz və Avropada sabitlik, inkişafa xidmət edib və bundan sonra da xidmət edəcək”, - təbrikdə deyilir.

Qeyd edək ki, 2004-cü ildən Gürcüstan diplomatları noyabrın 4-də peşə bayramlarını qeyd edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 674