Son bir ayda Ordu üçün 100 milyon manat vəsait toplanıb


09:39     04 Noyabr 2020 20_11_04_1604468677.jpg


Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198 013 034,48 AZN, 10 996 105,84 ABŞ dolları, 165 596,19 avro, 495 521,33 türk lirəsi, 1 294,72 ingilis funt sterlinqi və 5 062.550,00 rubl vəsait daxil olub.

Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 906.626,24 AZN, 10 777 425,16 ABŞ dolları, 147 255,19 avro və 5 057 550,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Femida.az

Açar sözlər: #Ordu   #fond  

Oxunub: 468