Hikmət Hacıyev: “Barışıq asan olmayacaq”


10:03     04 Noyabr 2020 20_11_04_1604469867.jpg


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Telegraph”a müsahibə verib.

Femida.az xəbər verir ki, Hikmət Hacıyev müsahibədə Dağlıq Qarabağ münaqişəsinə toxunub.

“Barışıq asan olmayacaq və çox zəhmət tələb edəcək, amma biz sərmayələrimizi - yumşaq gücümüzü Qarabağa gətirməyə hazırıq”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müsahibəsində vurğulayıb.

“Azərbaycan çoxmədəniyyətli bir cəmiyyətdir, ölkəmizin başqa yerlərində yaşayan ermənilərin problemi yoxdur”, - deyə Hikmət Hacıyev əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 472