Ermənistan dövlət sərhədində atəşkəsi pozub


10:10     04 Noyabr 2020 ateskes.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

Femida.az

Açar sözlər: #Ermənistan   #Müdafiə   #atəşkəs  

Oxunub: 719