MSK-ya yeni sədr seçildi - Naxçıvanda


11:12     04 Noyabr 2020 imzalamaq.jpg


Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılıb, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 619