İsmayıllıda avtoqəza zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb


20:35     04 Noyabr 2020 2020/11/1604506460311_TacusqHF_1604507804.jpeg

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az
-ın xəbərinə görə, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 515