Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində atəşkəsi pozub


09:09     05 Noyabr 2020 2018/02/Mudafie_Yeni1_1518079052.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.


Bu barədə Femida.az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 453