Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır


10:45     05 Noyabr 2020 2020/11/sasun-1604557553_1604558809.jpg

Oktyabrın 19-da Dağlıq Qarabağdakı döyüşlərdə ağır yaralanmış erməni deputat, "Yerkrap" könüllülər İttifaqının rəhbəri Sasun Mikaelyanın səhhəti pisləşib.

Femida.az erməni KİV-ə istinadən xəbər verir ki, deputat dünən damarların dupleksi üçün 1 saylı universitet klinikasına aparılıb.

Məlumata görə, Mikaelyan bel və ayaq nahiyəsindən ağır yaralanıb, iki dəfə əməliyyat olunub, lakin ayağındakı problem dərinləşməkdədir. Hazırkı vəziyyəti onun əməliyyat edilməsinə imkan vermir. Ayaqlar şişir və vəziyyəti yaxşı deyil. Sasun Mikaelyanın həyati təhlükəsi olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 403