İzmirdəki zəlzələyə görə saxlanılanlar var


11:31     05 Noyabr 2020 2020/11/sax_1604561576.jpg

Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələdən sonra doqquz nəfər polis tərəfindən saxlanılıb.


Femida.az xəbər verir ki, təbii fəlakət zamanı dağılan binaların podratçı və elmi məsələrdə məsul şəxslər tutularaq məhkəməyə aparılıb.

Qeyd edək ki, İzmirdə 10 min 287 binada araşdırma aparılıb. 124 ağır, 119 orta və az zərər görən 730 bina təsbit edilib. Ağır vəziyyətdə olan 124 bina təcili olaraq söküləcək.

Xatırladaq ki, zəlzələdə 114 nəfər həlak olub, 1035 vətəndaş xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 415


Oxşar xəbərlər