“Sumqayıt Texnologiyalar Parkı” 2 yeni şirkət yaradıb


11:50     05 Noyabr 2020 2020/11/54d01e65-9fe6-3246-9d73-b51b3ee97653_850_1604563031.jpg

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium” və “STP Global Cable” MMC-ləri dövlət qeydiyyatına alıb.

Femida.az xəbər verir ki, hər iki şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

Onların hər ikisinin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Surxay oğlu Atakişiyev (STP-nin direktoru) və İdris Ağa oğlu Mustafayevdir.

Femida.az

Açar sözlər:

Oxunub: 444