İsmayıllıda polis karantin qaydalarına əməl olunmasına nəzarət edir
12:33 05 Noyabr 2020
Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun giriş və çıxışlarında oktyabrın 24-dən etibarən xüsusi karantin postları qurulub.
Polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı həmin stasionar postlarda xüsusi və operativ nəqliyyat vasitələri, eləcə də yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə rayon daxilində də polis naryadları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Mağazalarda keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi alıcı və satıcıların diqqətinə çatdırılır. Həmçinin, digər ictimai iaşə müəssisələrində, obyektlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, sanitar-karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanır.
Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Femida.az
Oxunub: 504
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb