Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydaları dəyişdi


12:50     05 Noyabr 2020 nazirler_kabineti.jpg

Səhiyyə Nazirliyinin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydalarında dəyişiklik edilib. Nazirlər Kabineti bununla bağlı 440 №li Qərarına şərh verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklikliyə görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizinin həmin Nazirliyin hesabına köçürülməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 225 nömrəli Qərarında adıçəkilən Qanuna uyğunlaşdırmaq məqsədilə “25” faiz “18” faizlə əvəz edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 413