Türkiyədə COVID-19-dan 81 nəfər ölüb


20:32     05 Noyabr 2020 20_11_05_1604593985.jpg

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 146 028 şübhəli koronavirus testindən keçib, onlardan 2311-nin cavabı pozitiv çıxıb, 1741 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2564 nəfər olub.

Türkiyədə ümumilikdə 386 820 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 639 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 441