Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb
10:33 06 Noyabr 2020
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 120.1; 228.4; 66.3; 67.1; 170.3; 180.2.1; 181.2.1; 181.2.2; 181.2.5; 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Famil İsmayıl oğluna tanışı, Bakı şəhər sakini Həsənov Elşən Məmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yumutanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,450 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 0,615 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1154
Oxşar xəbərlər
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Şorun içində həbsxanaya narkotik keçirmək istədi
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
- Fəxrəddin Abbasov həbsxanada intihar edib
- Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı