Türkiyə Gürcüstana yeni hərbi attaşe təyin edib


16:03     06 Noyabr 2020 2020/11/94371114-ef20-3c6f-b16a-34442e793722_850_1604664285.jpg

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Səfir Türkiyənin Gürcüstana yeni təyin etdiyi hərbi attaşe Burak Altıneri nazirə təqdim edib.

Tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gürcü nazir türkiyəli səfirə hərbi sahədə maddi-texniki dəstəyə görə minnətdarlıq edib. Görüşdə məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 419