“ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək


16:44     06 Noyabr 2020 asan_xidmet_1427465400.jpg

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

“ASAN xidmət"dən Femida.az-a verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 556