İnvestisiya Holdinqinin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
19:25 06 Noyabr 2020
İlkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən dövlət müəssisələri açıqlanıb.
Femida.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda göstərilən aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
- Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Femida.az
Oxunub: 586
Oxşar xəbərlər
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək
- Türkiyə Azərbaycan biznesinə investisiya qoyuluşunu genişləndirəcək
- Azərbaycan Əlcəzairlə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
- Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi
- Rusiya hökuməti SOCAR-ın zavoduna investisiya ayıracaq
- AZAL Azərbaycan İnvestisiya Holdinqinə verildi
- Səfir: “Pakistan şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdır”
- Qətərlə Azərbaycan arasında investisiya qoyuluşu müzakirə edilib
- Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM