Zəngilana gətirilən suriyalıların siyahısı


20:55     06 Noyabr 2020 2020/11/sur-1604681795_3209364582.jpg

Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi sənədlər aşkarlanıb.

Femida.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı tapılıb.

Onun sözlərinə görə, həmin suriyalılar Azərbaycan torpağına qanunsuz olaraq yerləşdirilib: "Bu, müharibə cinayətidir. Qanunsuz yerləşdirmə həmsədrlərin diqqətindən kənarda qaldı".

Açar sözlər: #Tvitter   #Zəngilan   #Qarabağ   #suriya  

Oxunub: 918