Azərbaycana qarşı ekoloji terror barədə dəyirmi masa keçirilib


21:20     06 Noyabr 2020 20_11_06_1604686845.jpg


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu gün “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirilib.


"Qafqazinfo" xəbər verir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 noyabr - Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə təsadüf edilib.

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji hərəkatının gənc ekoliderləri və EkoSfera Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən dəyirmi masanın əsas məqsədi müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsələyə diqqətin cəlb edilməsidir.

“Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” onlayn dəyirmi masada Ekologiya və Təbii Sərvətlər naziri müavini Vüqar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, EkoSfera Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təqdimatlar və çıxışlar edilib.

Tədbir iştirakçıları BMT-nin “6 noyabr - Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü” ilə əlaqədar hər kəsi dünyanın bütün ekoloji təşkilatlarını və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, Ermənistanın ekoloji aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 594