Hikmət Hacıyev İran barədə: "Bunu yüksək qiymətləndiririk"


09:38     07 Noyabr 2020 1428524739_hikmet-haciyev9.jpg


"Ölkələrimiz qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malikdir".


Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

"Prezident İlham Əliyev əlaqələrimizə böyük önəm verir. İranın Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ən yüksək səviyyədə ifadə edildiyi üçün bunu yüksək qiymətləndiririk", - deyə Prezidentin köməkçisi əlavə edib.

Açar sözlər:

Oxunub: 762