Azərbaycana qarşı növbəti təxribat - FOTO


10:26     07 Noyabr 2020 2020/11/625fa-1604729853_1604730402.jpg


Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də aktiv müharibə aparır. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərdə əks-hücum əməliyyatlarına başlamasından sonra erməni lobbisinin təsiri altında olan dünyanın bəzi KİV-lərinin ölkəmizə qarşı hücumlarının şahidi oluruq.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xarici KİV-lərə çoxsaylı müsahibələri mövcud hadisələr barədə erməni dezinformasiyasına ziddi zərbələr vurdu. Ancaq düşmən öz məqsədinə çatmaq üçün istənilən çirkin hərəkətə əl ata bilər.

Femida.az azvision.az-a istinadən bildirir ki, dünyada uçuşlara bələdçi olan məşhur planefinder.net portalı ölkəmizə qarşı növbəti dəfə təxribat törədib.

Beləliklə, işğal olunmuş Azərbaycan əraziləri portalda "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib.

Müvafiq strukturlar bu təxribatı nəzərə almalı və lazımı tədbirlər görməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 535