Ötən il metro gün ərzində 650 min sərnişin daşıyıb


12:00     07 Noyabr 2020 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg


Bu gün dünyada bütün böyük şəhərlərin nəqliyyat sisteminin şah damarı məhz metro hesab olunur.

Bu barədə Azvision.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, sürət, vaxta qənaət, hərəkət intensivliyi, mobillik, daşıma imkanlarına görə və müasir meqapolislərin əsas probleminə çevrilən tıxacların azaldılması baxımından metro ilə heç bir ictimai şəhər sərnişindaşıma nəqliyyatı müqayisə oluna bilməz.

Bildirilib ki, şəhər ictimai sərnişindaşıma nəqliyyatında 30 faizə yaxın pay sahibi olan metropoliten, 2019-cu ilin yekunlarına əsasən, gün ərzində orta hesabla 650 minə yaxın sərnişinə xidmət göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 445