“Ermənistanın müharibə cinayətləri dayanmır” - Hikmət Hacıyev


20:13     07 Noyabr 2020 hikmet%20haciyev7.jpg

"Ermənistan tərəfinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətləri dayanmır".

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

H.Hacıyev bildirib ki, Ermənistanın bu gün Bərdə və Tərtəri atəşə tutması nəticəsində bir yeniyetmə həlak olub, bir nəfər isə yaralanıb: "Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artır".

Femida.az

Açar sözlər:

Oxunub: 615